Salyan rayonunda üç yaşlı qız yanıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Əlövsət Quliyev küçəsindəki mənzildə qeydə alınıb.
Həmin ünvanda yaşayan 2014-cü il təvəllüdlü Fatimə Nəsirova süd qazanına düşüb. Üz nahiyəsindən yanıq xəsarətləri alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
O, xəstəxanada ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.