Bakının Suraxanı rayonunda bir nəfər spirtli içkidən zəhərlənib.
Teleqraf.com xəbər verir ki, Hövsan qəsəbə sakini Fehruz Məhərrəmov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov