Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2016/2017-ci tədris ilində həyata keçirilən “Mənim mühazirəm” layihəsinin qalibləri mükafatlandırılıblar.
ADNSU-dan Teleqraf.com-a bildiriblər ki, tədbirdə bu ali məktəbin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov tələbələri təbrik edib, uğurlar arzulayıb.
Sonra layihədə iştirak edən tələbələrdən 22-sinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Mənim mühazirəm” layihəsinin məqsədi tələbələrin bilik və bacarıqlarını yoxlamaqla yanaşı, dərs prosesində keçilən mövzunun mənimsənilməsini asanlaşdırmaqdır. Layihə, eyni zamanda, tələbələrdə sağlam rəqabət, daha yaxşı oxumaqla yanaşı, biliklərini auditoriyaya düzgün çatdırmaq vərdişləri aşılayır.