17 Mart 2017 13:46
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 20-dən 23-dək metropolitenin sərnişin axını daha çox olan bir neçə stansiyasının vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Teleqraf.com-a verdiyi məlumata görə, məqsəd metropolitendən istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etməkdir.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:

- “İçərişəhər” stansiyası – saat 12:15-13:45;
- “28 May” stansiyası – saat 13:15-14:45;
- “Elmlər Akademiyası” stansiyası – saat 14:15-15:45;
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:15-16:45.

Qeyd edək ki, buna qədər "Bakı Metropoliteni" QSC-nin sosial layihəsi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi, Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivin ifalarında dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələri, Azərbaycan folkloru və milli musiqi sənətinin seçilən parçaları sərnişinlərə təqdim olunub.


Müəllif:

Oxşar xəbərlər