22 Mart 2017 00:12
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tiflisin meri David Narimaniya şəhərin Meydan məhəlləsində Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının təşkilatçılığı ilə keçirilən Novruz bayramı şənliklərinə qatılaraq soydaşlarımızı əlamətdar bayram münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Tiflis şəhər meri Novruz bayramının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

“Novruz bayramı yeni gün, təbiətlə əlaqə yaratmaq üçün yeni həyat deməkdir. Bu gün mən Novruz bayramında iştirak etdiyimdən məmnunam. Bu bayramın keçirilməsi onu bildirir ki, əsrlərlə davam edən dostluq bir daha təsdiq olunur. Bayram münasibətilə Azərbaycan xalqını təbrik edirəm,” D. Narimaniya bildirib.

Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının rəhbəri, Gürcüstan parlamentinin keçmiş deputatı İshaq Novruzov Tiflis şəhər merinə bayrama qatıldığı üçün təşəkkür edib. Tədbirdə Tiflis Bələdiyyə Başçısı və Şəhər Şurasının sədri Georgi Alibeqaşvili, Gürcüstan parlamentinin deputatı Mamuka Mdinaradze və digər dövlət rəsmiləri, soydaşlarımız, həm də gürcü ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə həmçinin Tiflisdə fəaliyyət göstərən azərbaycanlı gənc rəqqasələrdən ibarət “Ceyran” folklor rəqs ansamblı və Xırdalan 11-ci musiqi məktəbinin gənc kollektivi maraqlı bayram konserti proqramı ilə çıxış ediblər.

/APA/


Müəllif:

Oxşar xəbərlər