7 Aprel 2017 18:01
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, konstitutsion normalarının pozulmasıdır”

“Banklar haqqında” qanuna dəyişikliklə bağlı olaraq İnzibati Prosessual Məcəlləyə nəzərdə tutulan dəyişikliklər birbaşa konstitutsion normalarının pozulmasıdır”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında bildirib. Onun sözlərinə görə, İnszibati Prosessual Məcəllədə 131-2 maddəsi birbaşa vətəndaşın konstitutsdion hüququnun pozulması deməkdir. Ona görə də bu maddə qanun layihəsindən çıxarılmaldır”.

Millət vəkili deyib ki, burada vətəndaşların konstitutsion hüquqlarının pozulması ilə bağlı yetərincə məsələlər var: “Vətəndaşın konstitusiya hüquq normalarının bu qədər pozulması yolverilməz haldır. Düzdür, Milli Məclisdə konstitutsion normaların pozulması halları əvvəllər də olub. Ancaq bu səviyyədə olmayıb. Burada biz bir yanadan bank sektorunun inkiaşfından danışırıq, digər tərəfdən konstitutsion hüquqları pozuruq. Belə olmaz axı. Bu yolla bank sektorunu inkişaf etdirə bilmərik. Siz təsəvvür edin, mənə bank açmaq üçün pul verilir. Mən konstitusion normalar pozulan belə bir ölkədə sərmayə yatıra bilərəmmi? Qətiyyən yox! Mən bunu etmərəm”.


Millət vəkili eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasına verilən səlahiyyətlərə də etriaz edərək deyib ki, MBNP-yə bu qədər səlahiyyət verilməsini anlaya bilmir: “Odur ki, bu məsələlərə aydınlıq gətirlməli və ilk olaraq 131-2 maddəsi qanun layihəsindən çıxarılmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov məsələyə reaksiya verərək bildirib ki, bu dəyişikliklərin əsas mahiyyəti bank sektorunun sağlamlaşdırılmasına xidmət edir. “Bu gün elə bank var ki, gündə beş milyon manat ziyan edir. Ona görə də bu, piramida kimi inkişaf etməsin deyə bankların sağlamlaşdırılmasına ehtiyac var. MBNP-yə səlahiyyətlərin verilməsinin əsas məqsədi bankların işinin effektiv olaraq həyata keçirilməsinə xidmət edir. Ona görə də bu quruma səlahiyyət verməliyik”.

Cavad


Müəllif:

Oxşar xəbərlər