12 Aprel 2017 01:12
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Məmmədov oğurluqda ittiham edilib.

Teleqraf.com xəbər verir ki, Südabə adlı xanım "Xəzər Xəbər"də xalq artistini restoranların birində sırğasını oğurlamaqda günahlandırıb: "Restoranda kameraya baxdıq. Sonra Ramiz müəllimə zəng etdim, dedi ki, sən məni şantaj edirsən, pul istəyirsən və təhqir etdi. Sonra polis bölməsinə şikayət etdim. Amma bizi polis bölməsində üzləşdirmədilər".

Xalq artisti Ramiz Məmmədov isə haqqındakı ittihamı qəbul etməyib: "Mənim yerdən tapdığım sırğa yox, balaca əşya idi. Qadının sırğasından xəbərim yoxdur. Onu da polisə vermişəm. Polis araşdırdı və sırğanı mənim götürmədiyim bilindi".

Qeyd edək ki, Ramiz Məmmədovun restoranların birinin kamera görüntülərində yerə əyilərək nə isə götürməsi görüntülənib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər