Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
DTX-nin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülüb.