11:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentində sarı təhlükəsizlik səviyyəsi bu gündən ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Tbilisidə etiraz aksiyaları başlayandan sonra noyabrın 29-dan parlament binasında qırmızı təhlükəsizlik səviyyəsi tətbiq olunurdu. Binaya yalnız parlamentin aparat rəhbərinin icazə verdiyi şəxslər daxil ola bilirdi.

Dekabrın 6-dan isə təhlükəsizlik səviyyəsi “qırmızı”dan “sarıya” endirilib.

Parlament binasında təhlükəsizlik tədbirlərinin dekabrın 14-də gücləndiriləcəyi gözlənilir. Belə ki, həmin gün qanunverici orqanın binasında Gürcüstanın yeni prezidenti seçiləcək.


Müəllif: Cəmilə Babayeva