12:23
259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Keir Starmer 2025-ci ildə Avropa İttifaqı (Aİ) ilə müdafiə sahəsində əməkdaşlığa dair danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadla məlumat yayıb.

Görüş Londonun 2020-ci ildə ittifaqı tərk etməsindən sonra Britaniya baş naziri və Aİ-yə üzv olan 27 ölkənin iştirakı ilə ilk belə tədbir olacaq.

Dekabrın 12-də Avropa Şurasının prezidenti Antonio Koşta Starmerlə görüşəcək və ona 2025-ci il fevralın 3-də Belçikada baş tutan toplantıya dəvəti rəsmi şəkildə çatdıracaq.

Nəşr yazır ki, baş nazir dəvəti qəbul edəcək. Tədbirdə Aİ ilə yeni təhlükəsizlik tərəfdaşlığı sazişinin imzalanacağı gözlənilir.

Nəşrin fikrincə, London və Brüssel arasında qarşılıqlı əlaqələrin artması onların münasibətlərinin yaxşılaşmasından xəbər verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər