Gürcüstanda səfərdə olan Avropa Parlamentinin üzvləri Tbilisidə müxalifət nümayəndələri ilə görüş keçirib.
Teleqraf.com xəbər verir ki, görüşdə “Birlik-Milli Hərəkat”, “Güclü Gürcüstan” koalisiyası, “Dəyişikliklər naminə koalisiya” və “Qaxariya Gürcüstan naminə” partiyasının üzvləri iştirak ediblər.
“Birlik-Milli Hərəkat” koalisiyasının liderlərindən biri Giorgi Vaşadze bildirib ki, avropalı siyasətçilər gürcü xalqının etirazını tam dəstəkləyir.
“Avropa Parlamentinin nümayəndə heyətinin səfəri çox vacibdir. Onlar Gürcüstandakı vəziyyəti çox yaxşı anlayırlar. Deputatların hansı addımlar ata biləcəyi müzakirə olunub”, - müxalifətçi deyib.
Qeyd edək ki, Avropa Parlamentinin 6 üzvünün yer aldığı nümayəndə heyətinin Gürcüstana səfər çərçivəsində prezident Salome Zurabişvili, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərlə də görüşü planlaşdırlıb.