13 Aprel 2017 23:56
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugün Bakıda “ADA” Universitetində Bakı Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi “Əcnəbi Tələbə Gənclərin Fikir Platforması” layihəsinin yarımfinalı keçirilib. Azərbaycanda keçirilən bu layihə TED formatında olan ilk layihədir.

Teleqraf.com xəbər verir ki, layihə burada çıxış edənləri narahat edən hansısa bir mövzu və ya ideyanın təqdimatını nəzərdə tutur.

Layihənin müəllifi və BBTK-nın sədri Aysəba Mirzəyeva tədbirdə giriş nitqi ilə çıxış edərək, gənclərin onları narahat edən mövzu barəsində fikirlərini bildirməyin vacibliyini vurğuladı.

Yarımfinal çərçivəsində 15 ölkənin 9 universitetindən 20-dən çox iştirakçı aktual ideyalarla çıxış etdilər.

Hər bir iştirakçıya 5 dəqiqəyədək vaxt verildi. 2 dəqiqə ərzində isə onların video-təqdimatı nümayiş etdirmək imkanı vardı.

Çıxışlar münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndirildi. Münsiflər heyətinin tərkibinə Bakı Şəhər Halqasının marketinq və ictimaiyyətlə əlaqələr üzrə direktoru Nigar Arpadarai, Azərbaycanın Təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun rəhbəri Faiq Hümbətov, Azərbaycan gənclər təşkilatının Milli şurasının sədri Seymur Hüseynov, televiziya təmsilçisi Mirsəməd Cəfərli daxil idi.

Münsiflər heyətinin üzvləri mövzunu daha da açmaq və iştirakçıları qiymətləndirmək üçün onlara suallar verdilər.

Seçilmiş iştirakçılar layihənin 25 apreldə keçiriləcək final mərəhələsinə buraxıldılar.

Qeyd edək ki, “Əcnəbi Tələbə Gənclərin Fikir Platforması” adlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və ADA Universitetinin Magistr Tələbə Hökümətinin texniki dəstəyi ilə keçirilir.


Müəllif:

Oxşar xəbərlər