Bakının Nəsimi rayonunda, Səməd Vurğun küçəsində (Zabitlər bağının qarşısında, Təzə bazar istiqamətində) yolun 2 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
"Qeyd edilən küçədə nəqliyyatın hərəkəti aparılan təmir işləri ilə əlaqədar dayandırılıb. Sürücülərə alternativ olaraq Azadlıq və Bülbül prospektlərindən istifadə etməkləri tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.