Lənkəran rayonun Osakücə kəndində intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 67 yaşlı Əsmayə Fətullayeva yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq ölüb.
Ailə üzvləri hadisədən xəbər tutsalar da, onu xilas edə bilməyiblər. Əsmayə Fətullayevanın onkoloji xəstə olduğu bildirilir.
Bakının Binəqədi rayonunda da intihar hadisəsi baş verib. Biləcəri qəsəbəsində 47 yaşlı Məmməd Abdullayev yaşadığı evdə özünü asaraq ölüb.
Yasamal rayonunda isə intihara cəhd olub. Şərifzadə küçəsində yerləşən binaların birində yaşayan 1978-ci il təvəllüdlü Zaur Tahirov mətbəx bıçağı ilə qarın nahiyəsinə bir neçə zərbə vurub.
Xeyli qan itirən Zaur Tahirov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Salyan rayonunda da intihara cəhd olub. 57 yaşlı Təranə Quliyeva hər iki qolunu kəsərək özünü öldürmək istəyib. Qollarının kəsilmiş-deşilmiş yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadın ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.
Oğuz rayonunda daha bir intihara cəhd edilib. 1936-cı il təvəllüdlü Məleykə Məşədiyeva sol bilək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya daxil olub. O, intihar etmək məqsədi ilə kəsici alətlə sol biləyini kəsib. Məleykə Məşədiyevaya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Bütün faktlarla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov