25 Aprel 2017 08:06
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurğu dəyişərək istənilən əşyanın dəqiq görüntülərini təmin edir

Heyranedici orqan olan insan gözü obyekt üzərinə dərhal yönəlməklə aydın və dəqiq görməni təmin edir. Əksər insanlarda bu qabiliyyətin tədricən itməsi nəticəsində gözün korreksiyası üçün eynək və ya kontakt linzaları kimi optik cihazlardan istifadə tələb olunur.

Adətən belə cihazlar yalnız bir problemi - yaxındangörməni (yaxında yerləşən əşyaları yaxşı, uzaqda olanları pis görmək) və ya uzaqdangörməni (həm uzağı, həm də yaxını pis görmək) aradan qaldırırlar. Bir neçə pozuntu birləşməsi baş verdikdə insan bahalı bifokal və trifokal linzaya ehtiyac duymağa başlayır. ABŞ-ın Yuta Universitetinin alimlərinin təqdim etdiyi eynəyi isə görmə qabiliyyəti pozulan bütün insanlar taxa biləcək. Qurğu müstəqil şəkildə diqqətin yönəldilməsini dəyişərək istənilən əşyanın dəqiq görünməsini təmin edir.

Teleqraf.com “ICTnews”a istinadən yazır ki, eynək müxtəlif göz xəstəliyi olan insanlar üçün pozuntu dərəcəsini dəqiqləşdirmədən istifadəyə imkan verməsi ilə seçilir. Xüsusi ötürücü insanın baxışının hansı tərəfə yönəldilməsini qeydə alaraq 14 milli-saniyə ərzində baxılan obyektə tikilir. Bu, insanın göz qırpmasından 25 dəfə sürətlidir. Çərçivənin daxilində diqqətin yönəldilməsini təmin edən membranın əyilməsinə səbəb olan xüsusi elektromexaniki sistem quraşdırılıb.

Alimlər belə eynəklərin gələcəkdə görmə qabiliyyəti pozulan milyonlarla insanın seçəcəyi əşya olacağına əmindirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər