İclası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov açıq elan edib. Daha sonra səsvermə başlayıb.
Publika.az xəbər verir ki, Quliyev Cəmil Elşad oğlu yenidən İTV-nin baş direktoru seçilib. Şuranın 9 üzvünün hamısı yekdilliklə C.Quliyevin namizədliyini dəstəkləyib.
İclasa Yayım Şurasının üzvləri ilə bərabər namizədlər də qatılacaq.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu başa çatıb. İTV-nin baş direktoru vəzifəsinə 5 nəfər iddiaçı - Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.
İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatıb.