25 Aprel 2017 17:14
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında “Baku Medical Plaza” klinikasında körpə ölümü qeydə alınıb.

Qafqazinfo-nun məlumatına görə, Mehriban Hüseynova nəvəsinin ölümündə doğuşu həyata keçirən həkim Sevinc Qəhrəmanovanı günahlandırıb. Onun iddiasına görə, həkim uşağı ana bətnində boğub:

“Gəlinim Firəngiz Məmmədova dünən 18:00-da doğuşa girib, bu gün səhər 4-5 radələrində uşağın öldüyü deyilib. Həkim bizi son dəqiqəyə kimi əmin etdi ki, normal doğuş olacaq. Bacarmadığı üçün uşağı ana bətnində boğub. Ana doğuşa gedəndə uşağın ürək döyüntüləri öz yerində idi. Hələ xoşbəxtlikdən anaya nəsə olmayıb, onun üçün də həyati təhlükə yaranıb. Hazırda vəziyyəti kafidir.

Həkimin sözü bu oldu ki, uşaq ana bətnində ölüb, qız doğa bilməyib. Bu səbəbdən uşaq boğulub. Bəs doğa bilmirsə, həkim nəyə lazımdır? Deyərdi, qeysəriyyə etdirərdik. Mən özüm də həkiməm. Fikrimcə, ağrıkəsici iynə vurub yatızdırıb, sonra da gəlinimin doğmağa gücü olmayıb”.

Mehriban Hüseynova qeyd edib ki, 9 ay müddətində nə anada, nə də uşaqda hər hansı poblem olub: “Analizin cavabları həmişə yaxşı çıxıb. Son dəqiqələrə kimi yoxlatmışıq, bir problem olmayıb. Heç baş həkimi tapa bilmirik ki, şikayət edək”.

Məsələ ilə bağlı “Baku Medical Plaza” klinikasındanın ginekoloqu Sevinc Qəhrəmanova Teleqraf.com-a açıqlamasında bildirib ki, körpə ölümə dölyanı ciftin, göbək ciyəsinin qısa olması səbəb olub.

“Baku Medical Plaza” klinikasından isə bildirilib ki, bu gün səhər 4-5 radələrində heç bir körpə ölümü baş verməyib: “Hər gün klinikada 20-25 doğuş olur. Elə həkim var, gün ərzində 5 uşaq doğuşu aparır. Bizdə heç bir uşaq ölümü baş verməyib. Məlumatı kimlər yayıbsa, həmin insanlar da danışsın”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər