Görüşdə sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, cinayətkarlıqla mübarizə, terrorizm, ekstremizm, eləcə də sərhədyanı ərazilərdə polis və daxili işlər orqanlarının birgə səylərinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Müzakirələr zamanı hər iki ölkənin Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə uyğunluğu bildirilib, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa, ekstremizmə qarşı mübarizədə səylərin artırılmasının, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş konkret təşkilati-praktik tədbirlərin həyata keçirilməsinin, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Vilayət Eyvazovla yanaşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, eləcə də şimal sərhəd rayonlarının polis rəisləri iştirak edib. (axar.az)