Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov qurumun 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində deyib.
Nazirin sözlərinə görə, bu rəqəm Dünya İqtisadi Forumunun təhlilinə əsaslanır: “Bu, təhsil işçiləri qarşısında intelektual nöqteyi-nəzərdən çox maraqlı, mürəkkəb məsələ formalaşdırır. Peşələrin mövcud olmadığı dövrdə şagird hansı peşə üçün hazırlanmalı və hansı bilik bacarıqları mənimsəmələdir? Cavabı heç kim vermir. Sualın cavabının axtarışı üçün fəaliyyətdəyik”.
Nazir bildirib ki, bu tədris ili xüsusi əhəmiyyət kəsb edən ildir: “Bu il 9-cu sinfi yeni məzmunla təhsil alan məzunlarımız bitirir. Bu, həm təhsil sistemi, həm qiymətləndirməni həyata keçirən Dövlət İmtahan Mərkəzi üçün yeni çağırışlardır. Biz bunun tərəfdarıyıq ki, ali təhsilə qəbul üçün qiymətləndirmə bazası genişlənsin və bu istiqamətdə məktəblərlə iş aparılsın”.
Mikayıl Cabbarov qeyd edib ki, idarəetmədə təkmilləşmə kadr islahatları ilə məhdudlaşmamlıdır. “Ali təhsil sistemində və digər təhsil pillələrində son illər idarəetmənin qarşısında duran məsələlərin vacibliyi, əhatə dairəsi artıb. Bu, ilk növbədə universitetlər tərəfindən müstəqil şəkildə maliyyə təsərrüfatlarının qurulmasından irəli gəlir.
Artıq bir neçə ildir ali təhsil müəssisələrimiz qarşısında duran məsələ yalnız akademik vəzifələr deyi, onlar həm də tələbə hazırlığı, təhsilin məzmunun qiymətləndirmə prosesi, maliyyə-iqtisadi çətinliklərin həlli ilə də məşğuldurlar. Bu gün ölkəmizin təhsil bazarına regional və yaqlobal universitetlərin daxil olduğunu görürük. Xaricdə təhsilin əlçatan olması göstərir ki, uzun və orta müddətdə ali təhsilin rəqabət mühiti qoruyub saxlanılacaqsa, biz öz universitetlərizi o rəqabət üçün hazırlamalıyıq.
Ali və ümumi təhsil müəssisələrinin maliyyələşməsində bu il azalmalar baş verib. Çıxış yolumuz mövcud olan resurlardan faydalı və optimal istifadə etməkdir. Təhsilin keyfiyyətinin azalmaması üçün zəruri resurslar səfər edilməlidir. Bu məsələdə bütün yükü dövlət büdcəsinin çiyninə qoymaq yanlış olardı”.
İlhamə ƏBÜLFƏT