4 May 2017 14:51
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artıb, son 4 ildə imtahan nəticələri 17 faiz yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirilib.

Nazir bildirib ki, “əla” qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlib: “XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65 faiz olub. Bu siniflərdə hər üç fəndən “əla” qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlib”.

Mikayıl Cabbarov qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən son 2 ildə diaqnostik qiymətləndirmədən keçən 100 min müəllimin (bütün müəllimlərin 70 faizi) əməkhaqqında əhəmiyyətli artım təmin edilib: "Təkcə 2016-cı ildə prezidentin sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 175 nəfər müəllim yüksək dövlət təltiflərinə layiq görülüb, o cümlədən 1 nəfərə “Şərəf” ordeni, 2 nəfərə “Şöhrət” ordeni, 1 nəfərə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, 1 nəfərə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, 76 nəfərə “Tərəqqi” medalı verilmiş, 3 nəfər “Əməkdar elm xadimi”, 93 nəfər “Əməkdar müəllim”, 2 nəfər “Əməkdar jurnalist”, 1 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları alıb”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər