Ötən gün saat 16 radələrində "Porşe Cayenne Maqnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə baş vermiş qəza hadisəsi ilə əlaqədar dərhal araşdırma aparılıb, həmin sürücü aşkarlanaraq, müvafiq idarəyə təhvil verilib.
Bu barədə Teleqraf.com-a açıqlamasında Vaqif Əsədov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, yol qəzası törədənlər arasında hadisə yerindən yayınanlar olur:
“Dövlət Yol Polisi İdarəsinin keçirdiyi tədbirlər həmin sürücüləri aşkar edib, məsuliyyətə cəlb edir”.
“Porşe” avomobili ilə qəza törədən şxəsin 14 yaşlı yeniyetmə olmasına toxunan Vaqif Əsədov deyib ki, qanuna görə, sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi yoxdursa, həmin avtomobilin sahibi məsuliyyətə cəlb edilir:
“Mən həmin sürücünün neçə yaşı olduğunu bilmirəm. Əgər azyaşlıdırsa, burada iki versiya var. Ya avtomobil sahibi azyaşlı uşağa avtomobili idarə etməyə etibar edib, ya da talama olmadan uşaq avtomobil ələ keçirib.
Azyaşlı uşaq maşın sürürsə, hadisə zamanı protokolun sahibinə yazılır. Bütün bunlar qanunla tənzimlənir. Azyaşlı uşaq həbs olunmur, amma baxır hansı xətanı törədib. Hər halda bütün bunlar arşdırılmalıdır. Valideyn düşünməlidir ki, mən niyə azyaşlı uşağa avtomobil idarə etməyi etibar edim ki, sonrada sualları cavablandırım”.
Dünən saat 16:00-da "Porşe Cayenne Maqnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanı vurularaq öldürən Ağəli Fərəcovun biznesmen atası Füzuli Fərəcov açıqlamasında bildirib ki, oğlunun 14 yaşı var.
Xatırladaq ki, bu avtomobil bir müddət öncə başqa qayda pozuntusu ilə yadda qalmışdı. Həmin qayda pozuntusunun videosunda hərəkətin intensiv olduğu yollardan birində - Heydər Əliyev prospektinə çıxan körpüdə Ağəli Fərəcovun avtomobillə avto-xuliqanlıq etdiyi əks olunub.
Həmin videonu təqdim edirik:
İlhamə