8 May 2017 17:17
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina və Latın Amerikası regionunun mətbuatında yazılarla çıxış edən ispan jurnalist Rikardo Markina Montanyana Argentinadakı səfirliyimizə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, R. Montanyana ölkəmizin Argentinadakı səfirliyinə ünvanladığı məktubda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib, işğal edilmiş ərazilərimizdən hazırladığı reportajda da o ərazilərin Azərbaycana aid olduğunu vurğuladığını qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edən R. Montanyana Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyib.

R. Montanyananın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.


Müəllif:

Oxşar xəbərlər