10 May 2017 17:19
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən DGK sədri Aydın Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum günündə keçirilən Gömrükçü Andının əhəmiyyətindən danışıb.

DGK sədri bildirib ki, gömrükçülərin üzərinə mühüm vəzifələr düşür: “Gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər”.

Aydın Əliyev qeyd edib ki, Azərbaycan gömrük xidmətinin keçdiyi inkişaf yoluna nəzər saldıqda, böyük uğurların məhz ulu öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olub.

Tədbirin sonunda bir qrup gömrük əməkdaşı Gömrükçü Andı içib.

Foto Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər