13 May 2017 16:50
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda universitetlərdə, ali hərbi məktəblərdə və ixtisasartırma kurslarında saathesabı dərs verən müəllimlərin maaşı artırılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" qərarda dəyişiklikləri təsdiq edib.

Dəyişikliyə görə, universitetlərdə, kolleclərdə, eləcə də ixtisasartırma kurslarında və fəhlələrə saathesabı dərs verən professorlara 1 ssat üçün 4,85 manat, dosentlərə 3,20 manat, sıravi müəllimlərə isə 2,50 manat ödəniləcək.
Xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə dərslər verən professorların 1 saatlıq əməyinə 5,75 manat, dosentlər 4,75 manat, sıravi müəllimlər isə 2,80 manat ödəniləcək.

İxtisasartırma kurslarında işləyənə isə bir qədər artıq maaş veriləcək.


Müəllif:

Oxşar xəbərlər