Teleqraf.com BMT-nin Uşaq Fondunun (UNİCEF) açıqladığı hesabata istinadən xəbər verir ki, bunlar Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə kəskin qida çatışmazlığı yaşayan uşaqlardır.
Hesabatda qeyd olunub ki, hazırda dünyada 22 milyon uşaq ac, xəstə, müharibə və konfliktlər səbəbindən təhsildən uzaq düşdüb. Onların əksəriyyəti aclıq ucbatından ölümlə üz-üzədir. Eyni zamanda, vəba və qızılcaya yoluxma nəticəsində milyonlarla uşaq ölüm pəncəsindədir.
Hesabatda qeyd olunur ki, qida qıtlığı yaşayan uşaqlar dörd ölkə ilə məhdudlaşmır.
Zorakılığa məruz qalan, acından ölümlə üzləşən, yerindən-yurdundan didərgin düşən uşaqların sayında artım müşahidə edilir.
Bu səbəbdən də UNİCEF müharibə və konfliktlərin sona çatması üçün dünya ictimaiyyətinə çağırış edib.
Çağırışda müharibə və konfliktlərdən ən çox uşaqların əziyyət çəkdiyi vurğulanıb. Fond uşaqların gözləməyə vaxtının qalmadığını və 255 milyon ABŞ dollarına ehtiyac duyulduğunu bəyan edib. Əks təqdirdə 100 mindən çox uşağın qıtlıq səbəbindən öləcəyi ifadə olunur