Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov deyib.
Onun sözlərinə görə, festivalda 300-dən çox dolma növü nümayiş olunacaq: “Keçən ilki festivalda 23 rayon iştirak etmişdi, 300 dolma növü nümayiş olunmuşdu. Həmin dolma növləri kitab şəklinə salınıb nəşr olunacaq. Nəşrə əlavələr edilməsi üçün bu il daha çox bölgə festivalda iştirak edəcək. ”.
Tahir Əmiraslanov bildirib ki, dolma festivalında iştirak üçün artıq xarici ölkələrə təklif göndərilib: “Xarici qonaqları da gözləyirik. Artıq Türkiyə, Moldova, Yunanıstan və digər dövlətlərə festivalda iştirak üçün təklif göndərmişik. Təklifi o ölkələrə göndərmişik ki, onların da mətbəxində dolma istifadə olunur”.
Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri deyir ki, ölkədə keçirilən festivalların dünya telekanallarında yayımlanması üçün maliyyə lazımdır: “Xarici telekanallarda festivalımızın yayınlanması üçün 20 minə yaxın pul lazımdır. Bizim təşkilatın isə bu məbləği təşkil edəcək gücü yoxdur”.
Qeyd edək ki, dolma festivalının təşkilatçılar Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Kulinariya Asossasiyasıdır.