Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, araşdırmalar uşaqlarda qanda şəkərin miqradının yüksəlməsinin böyüklərə nisbətdə daha tez baş verdiyini müəyyən edib. Alimlər bildirirlər ki, qandakı qlükozanın səviyyəsinin ani yüksəlməsinə səbəb olan sadə karbohidratlar və rəfinə edilmiş şəkər təhlükə mənbəyidir.
Bu ani artımlar uşaqlarda diqqəti cəmləmə, qəbul etmə duyğularını idarə etmə qabiliyyətlərinə mane törədir. Mütəxəssislər diş çürüməsi və digər xəstəliklərdən qaçmaq üçün uşaqlara şəkərli qidaların mümkün qədər az verilməsini məsləhət görürlər.
Şəfiqə Nazimqızı