30 May 2017 16:54
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Altay vilayətinin Barnaul rayon dəmir yolu məhkəməsi avtobusda bir nəfəri ölümcül döyən şəxsin həbs müddətinin artırılmasına qərar verib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, insidentə döyülən şəxsin avtobusda yaşlı qadına yer verməkdən imtina etməsi səbəb olub.

"Saxlanılan şəxs barədə Rusiya Cinayət Məcəlləsinin 111.4-cü maddəsi ("Qəsdən sağlamlığa ağır zərər vurmaq") üzrə cinayət işi açılıb. Onu 15 ilədək həbs cəzası gözləyir", - Altay vilayəti prokurorluğundan bildirblər.

Müstəntiqlərin versiyasına görə, 2017-ci ilin martında təqsirləndirilən şəxs avtobusda olarkən, sərnişinlər gənc bir oğlandan yaşlı qadına yer verməsini xahiş edib. Öz novbəsində təqsirləndirilən şəxs də həmin gəncə yaxınlaşıb və ayağa durub yaşlı qadına yer verməsini istəyib. Lakin onu yola gətirmək mümkün olmayıb. Daha sonra təqsirləndirilən şəxslə gənc oğlan avtobusdan eniblər. Təqsirləndirilən şəxs gənc oğlanın üzünə iki zərbə endirib. Qapalı kəllə-beyin zədəsi alan şəxs sonradan dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər