DGK-dan Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılaraq tibbi müəyinədən keçirilib.
Tibbi müayinə nəticəsində sözügedən vətəndaşın daxili orqanında (düz bağırsağında) iki ədəd bağlamada olmaqla, narkotik vasitələr - xalis çəkisi 222,565 qram heroin və xalis çəkisi 12,545 qram tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.