İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Şahin Mustafayev bildirib ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq üçün müqavilə-hüquqi baza yaradılıb:
“Təkcə iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb. Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının fəaliyyəti əlaqələrin inkişafında əhəmiyyətlidir. Azərbaycanda Bolqarıstan kapitallı 9 şirkət fəaliyyət göstərir”.
Görüşdə həmçinin, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Menda Stoyanova Bolqarıstanın Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.