2 İyul 2017 08:54
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyulun 1-də Ağcabədi rayonunda aşkar olunmuş mina və partlamamış hərbi sursatlar (PHS) haqqında operativ məlumat yayıb.

ANAMA-dan Teleqraf.com-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında 30 iyun - 1 iyul tarixlərində rayonun Yuxarı Qiyaməddinli kəndində 1 evə və həyətyanı sahəyə baxış keçirilib, tank əleyhinə 2 ədəd TM-62 minasının partladıcısı (MVZ-62) və 7 ədəd UZRQM partladıcısının priotexnik patronu aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Nəticə etibarilə 560 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən yanvarın 1-dən iyulun 1-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq, 11 əkin, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 166 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza və körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5788 ədəd partlamamış hərbi sursat, 193 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4676 205 kvadratmetr ərazi yoxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər