Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məhkəmənin göndərdiyi çağırış vərəqəsinə əsasən, fəal avqustun 8-də məhkəməyə müraciət edərək irəli sürülən ittihamlara cavab verməlidir.
H.Allahverdipur ölkə təhlükəsizliyinə qarşı sövdələşmədə ittiham olunur.
Azərbaycanlı fəal 2015-ci il noyabrın 9-da məlum “Fitilə” televiziya verilişi ilə əlaqədar fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyasında yaxalanıb, 6 gün saxlandıqdan sonra sərbəst buraxılıb. Fəal həmin dosye ilə əlaqədar məhkəməyə çağırılıb.