6 İyul 2017 14:16
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet dövründə əsası qoyulmuş təcrübə, həmçinin hazırda mövcud olan liberal siyasətin təsiri ilə Azərbaycanda 15-49 yaş həddində olan qadınların 40 faizi həyatlarında ən azı bir dəfə abort etdirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Türkiyənin Hacıtəpə Universitetinin Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizimlər barədə aparılan tədqiqatlarda qeyd edilib.

Məlumatda bildirilib ki, faktiki olaraq, 1 qadına düşən abortların orta hesabla sayı 2,3-dir. Doğuşların orta sayından 2,0 faiz yüksək olan bir ölkədə 100 hamiləlikdən yalnız 46-sı diri doğuşla nəticələnir. 49-u isə abortla dayandırılır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər