7 İyul 2017 01:52
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alabama və Kaliforniya universitetlərinin tədqiqatçılarının insan beyninin elektrik aktivliyini qeydə alan elektroensefaloqrafik qarniturlarının təhlili maraqlı nəticələr verib. Gözləntilərə görə, belə qarniturlar tezliklə qeymerlər arasında populyar olacaq. Qeymerlər beyin siqnallarının köməyi ilə elektroensefaloqrafik qarniturlardan kompüter oyunlarının personajlarını idarə etmək üçün istifadə edəcəklər.

Teleqraf.com “ICTnews” istinadən xəbər verir ki, məsələn, oyun prosesində fasilə vermiş, amma qarnituru başından çıxarmayan oyunçular hakerlərin hədəfinə çevrilə bilər. Tədqiqatçılar sınaq çərçivəsində qarnituru başına taxmış 12 nəfərdən adi klaviaturanın köməyi ilə mətn sahəsində təsadüfən yaradılmış PIN kod və parollar seriyasını daxil etməyi xahiş ediblər.

200 simvol daxil edildikdən sonra alimlər tərəfindən yaradılmış alqoritm 4 rəqəmli PIN kodları 43,4%, 6-7 simvoldan ibarət parolları isə 37,3 % dəqiqliklə tapıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər