APA-nın xəbərinə görə, bunu Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Nazirliyin kollegiya iclasında çıxışı zamanı deyib.
Komissiya sədri bildirib ki, ana ölümü göstəricisinin 2007-ci illə müqayisədə 2016-cı ildə 35,5 promilledən 13,8 promilleyədək azalıb: “Tənəffüs pozulma sindromundan ölüm səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq, 2015-ci ildə 10,9 faiz, 2016-cı ildə 8,4 faiz təşkil edib”.
S. Məmmədova qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq, 2016-cı ildə əvəzedici surfaktant terapiyanın və yeni respirator dəstək texnologiyaların geniş tətbiqi nəticəsində ekstremal az çəkili 295 yeni doğulmuşdan 135-ni xilas etmək mümkün olub.