11 İyul 2017 21:56
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 iyul 2017-ci il tarixində ru.armeniansputnik.am internet resursu Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası dövlət sərhədinin yarılması cəhdinin qarşısının alınması ssenarisi üzrə birgə təlimlərinin keçirilməsi ilə bağlı məlumat yayıb.

Məlumatla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ilə müraciət edib.

DSX mətbuat xidmətindən bildirilib ki, DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib.

Qeyd olunub ki, yaxın müddətdə məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, ru.armeniansputnik.am internet resursunda yayılan məlumata görə, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib. Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub. (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər