13 İyul 2017 18:36
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin 2017-ci ildə maliyyə xərcləri 17-20 faiz artırılıb.

Teleqraf.com xəbər verir ki, bunu RİA-Novosti-yə müsahibəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Onun sözlərinə görə, hərçənd ki, hazırda bütün dünyada böhrandır və bu böhran bizdən də yan keçməyib: “Amma xüsusi zərbə vurmayıb. Hər halda, ordunun maliyyələşdirilməsi məsələsi müdafiə naziri kimi məni maraqlandırır – ötən illər ərzində bu məbləğ ancaq yüksəlib. Bu il məbləğin 17-20 faiz artdığı elan olunub”.

Nazir qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ölkə rəhbərliyi ordunun gücləndirilməsinə, yeni silahlarla təchiz olunmasına böyük diqqət ayırır: “Biz yeni keyfiyyət dərəcəsinə keçmişik. Son illərdə qarşımıza ordunun modernləşdirilməsi, gücləndirilməsi tapşırığı qoyulmuşdu”.


Müəllif: Səxavət

Oxşar xəbərlər