Bunu Teleqraf.com-a açıqlamasında Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 91-ci km-də Biləsuvar rayonu ərazisində kanal üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində kənar aşırımında aşırım tiri sınıb: “Nəticədə körpü qəzalı vəziyyətə düşüb”.
Anar Nəcəfli qeyd edib ki, körpü 1973-cü illərdə inşa edilib: “Ümumi uzunluğu 30 metr, eni isə 8 metr olan körpü 3 aşırımdan ibarətdir. “Azəravtoyol” ASC-nin mütəxəssisləri hadisə yerindədirlər. Müvəqqəti alternativ yol salınıb.
Qısa müddətə körpünün özü də əsaslı şəkildə bərpa olunaraq yenidən istifadəyə veriləcək”.