Bu sözləri Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov Teleqraf.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünən xəstəxanaya gətirilən qızlara zəhər əleyhinə zərdab vurulub: “Xəstələr nəzarət altındadır. Hər ikisinin vəziyyəti stabildir. Evə nə zaman buraxılmaları isə məlum deyil. Hələ ki müalicə alırlar”.
Qeyd edək ki, dünən Tovuz rayonunda iki qızı ilan sancıb. Onlardan biri rayonunun Ağdam kənd sakini, 2010-cu il təvəllüdlü Həsənova Aysu Zaur qızı, digəri isə Əlibəyli kənd sakini, 2001-ci il təvəllüdlü Tağıyeva Gülnarə Rövşən qızıdır.