Xərçəng xəstəliyindən əziyyət çəkən Türkiyənin pop ulduzu Harun Kolçak ötən gecə dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Harun Kolçak 62 yaşında gözlərini əbədi yumub.
Harun Kolçak 1955-ci ildə İstanbulda anadan olub. Türk pop musiqisinin ifaçısı, bəstəkar və bas gitaraçı kimi məşhurlaşıb. Atası kinoşünas Eşref Kolçakdır.