Teleqraf.com xəbər verir ki, bu sözləri SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov sosial şəbəkədəki hesabında paylaşıb.
X.Məmmədov həmçinin bu üsulla işə düzəlmək istəyənlərə müraciət edib:
“Amma hardansa bir dələduzu tapıb, onun şirin dilinə aldanıb varını yoxunu SOCAR-a işə düzələcəyəm deyə vermək mümkün deyil və necə də olmur. Sonra da yazırlar ki, aldanmışam, evimi yıxmışam, borc almışam. Daha nələr yazmırlar, ürək ağrısız oxumaq olmur. Əlbətdə, aidiyyəti üzrə həmin məktubları hüquq mühafizə orqanlarına göndəririk. Çox vaxt dələduzlar məsuliyyətə cəlb olunurlar, amma zərər çəkmiş insanların haqqları qaytarılırmı? Bəs əsəb gərginliyi, itirilmiş vaxt, vəsait, nüfuz? Hələ öz məqsədlərinə çatmaq üçün bu dələduzlar həyasızcasına təmiz, vicdanlı, zehmətkeş və ictimaiyyətdə nüfuz sahibi olan vəzifəli şəxslərin adına xələl gətirəcək yollara da əl atırlar. İnsanları aldatmaq üçün “filankəsin qohumuyam”, “filankəsin qonşusuyam”, “filan vəzifəli şəxsin kəndçisiyəm” kimi yalana inanmazdan qabaq soruşan yoxdur ki, sən o filankəsin vasitəsi ilə bir adamı işə düzəldə bilmisən? Odur ki, aldadan cinayət törədir, aldanan da günahsız deyilmiş”.