Samuxun Ziyadlı kənd sakini İlahə Pənahova evə yad kişi saldığı üçün qayınanası onun başını qırxıb.
Bu barədə Teleqraf.com-a Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasından məlumat verilib.
Xəstəxanadan bildirilib ki, İlahə Pənahova evə yad kişi salıb: “Bizdə olan məlumata görə, həyat yoldaşı evə gəlib, qadını məşuqu ilə bir yerdə görüb. Həmin oğlanı bıçaqlayıb. Daha sonra qayınanası İlahənin başını qırxıb və onu anası evinə aparıb”.
Məlumatda bildirilib ki, İlahə Pənahovanın boğazında dırnaq izləri var: “Boğazında cızıq izləri var. Bu hərəkətinə görə anası onu zəhərləmək istəyib. Hazırda qadın xəstəxanadadır. Reanimasiya şöbəsində müalicə olunur. Yanına heç kim gəlməyib”.
Xəstəxanadan qeyd edilib ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Qeyd edək ki, bu barədə ilk məlumatı Report yayıb.
***
Samuxun Ziyadlı kənd sakini İlahə Pənahovanın başında 0,12 santimetr çapılmış yara var.
Bunu Teleqraf.com-a açıqlamasında Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım Xəstəxananın baş həkimi Azad Quliyev deyib.
Onun sözlərinə görə, qadının boynunda qançır izləri var: “Qadının dediyinə görə, başına küt alətlə vurublar. Atası onu boğmağa çalışıb. Sirkə turşusu içib, intihara cəhd edib. Aparılan müayinələr zamanı zəhərlənmə əlaməti aşkar edilməyib. Hazırda vəziyyəti orta-ağırdır”.
Azad Quliyev bildirib ki, İlahə Pənahovanın həyatı üçün təhlükə yoxdur: “Hadisəyə görə stress keçirir. Həyatı üçün təhlükə yoxdur”.
Samux rayon Prokurorluğundan isə bildirilib ki, İlahə Pənahovanın döyülməsi ilə bağlı cinayət işi açılıb: “Qadının atası şübhəli şəxs kimi saxlanılıb. Hazırda onun ifadəsi alınır. Qadının həyat yoldaşı və qayınanasının da ifadəsi alınacaq”.
Prokurorluqdan qeyd edilib ki, qadın özünə gələndən sonra ifadəsi alınacaq.