Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Ötən illə müqayisədə vakant yerlərin 2 faiz artdığını qeyd edən Məleykə Abbaszadənin sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar ki, eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım var.
DİM sədri xatırladıb ki, avqustun 10-da ixtisas seçimi başa çatandan sonra xüsusi proqram təminatı vasitəsilə yerləşdirilmə aparılacaq: “Toplanan bala və ixtisas seçiminə görə nəticələr elan olunacaq. Bundan sonra boş qalan yerlər elan olunacaq. Bu da avqust ayının 15-dən sonra olacaq. Bunun üçün sənəd qəbulunun avqustun 15-dən 19-a kimi olmasını nəzərdə tutmuşuq.
Nəticələri elan etdikdən sonra, avqustun 20-dən 30-a qədər ali məktəblərə qeydiyyat aparılacaq. I mərhələnin qeydiyyatı avqustun 15-dən 25-ə qədər aparılacaq”.