1 Avqust 2017 16:55
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox təəssüf ki, bəzən "ekspertlər" abituriyentin əvəzinə "elektron ixtisas seçimi ərizəsi"ni doldururlar.

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

DİM rəsmisinin sözlərinə görə, ali təhsil müəssisələrində bir sıra ixtisaslar üzrə müsabiqə şərtləri fərqlidir: “Bütün bu şərtlər "Abituriyent" jurnalının 4 saylı buraxılışında ətraflı şəkildə verilib. Hər bir abituriyent ixtisas seçimi etməmişdən öncə həmin tələblərlə mütləq tanış olmalıdır. Abituriyent həmin tələblərə əsasən ixtisas seçimi etməlidir.

Burada ən vacib məsələlərdən biri də "elektron ixtisas seçimi ərizəsi"nin abituriyentin özü tərəfindən doldurulmasıdır. Çox təəssüf ki, bəzən müxtəlif "insanlar", "müəllimlər", "ekspertlər" abituriyentin əvəzinə bu işi yerinə yetirir və ərizənin doldurulmasında müəyyən səhvlərə yol verirlər”.

Xanlar Xanlarzadə qeyd edib ki, "elektron ixtisas seçimi ərizəsi"nin doldurulmasına başlanıldığı ilk gün cəmi bir neçə abituriyentin ərizəsində ixtisası seçimi ilə bağlı səhv aşkarlanıb: “Onlarla əlaqə saxlanılaraq məlumat verilib. Onlar da ərizələrində müvafiq düzəlişləri ediblər.

Məsələ belədir ki, BDU-nun filologiya (xarici dil: alman dili və ədəbiyyatı; yaxud fransiz dili və ədəbiyyatı) ixtisasını seçən zaman abitureyentin attestatında alman və fransız dili olmalıdır ki, o, həmin ixtisası seçə bilsin. İstənilən halda "Abituriyent" jurnalına istinad etmək lazımdır”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov DİM-də çalışanları qeyri-peşəkar, məsuliyyətsiz adlandırıb. O bildirib ki, DİM-in tərtib etdiyi "elektron ixtisas seçimi ərizəsi"ndə əslində seçimi qeyri-mümkün olan ixtisasa da seçim imkanı verilib. Nəticədə bir neçə abituriyent "elektron ixtisas seçimi ərizəsi"ndə səhvlərə yol veriblər.

DİM sonradan bu səhvi düzəltmək üçün abituriyentlərə zəng vuraraq onlardan ərizələri yenidən doldurmağı xahiş edib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər