Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hava-damcı infeksiyalarından skarlatina, su çiçəyi hadisələri qeydə alınıb, kəskin respirator virus infeksiyalarının səviyyəsində 11,5% azalma müşahidə olunub, yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə kəskin süst ifliclər, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilib.
2017-cu ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı il ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalması müşahidə edilib.
Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən 2017-ci ilin aprel ayının 24-30 tarixlərində respublika ərazisində immunlaşdırma həftəsi keçirilib, hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqlar profilaktik peyvəndlərə cəlb edilib.
2017-ci ilin 6 ayı ərzində profilaktik peynəndlərin yerinə yetirilmə vəziyyəti qənaətbəxş olub.