17 Avqust 2017 15:43
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

Azərbaycan Taekvando Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

Qeyd edək ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən təyin edilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər