Elektromioqrafiya qısa olaraq EMQ - sinir və eninəzolaqlı əzələlərin elektrik potensiallarının ölçülməsinə yönəlmiş nevroloji müayinə metodudur. EMQ müayinə vasitəsilə periferik sinir sistemi xəstəliklərinin müayinəsi həyata keçirilir.
Axar.az xəbər verir ki, müayinə aşağıdakı hallarda tətbiq olunur:
-boyun ve bel yırtığı
-yan amiotrofik skleroz
-miopatiyalar
-miasteniya
-neyropatiyalar
-periferik sinirlərin zədələnmələri
Elektromioqrafiya iynəli ucluğa malik elektrodların əzələyə batırılması vasitəsilə aparılır (invaziv metod).
Bu üsulla:
1.müayinə olunan əzələnin elektrik aktivliyini;
2.onurğa beyninin ön buynuzlarının –periferik motoneyronların vəziyyətini aydınlaşdırmaq mümkündür.
Müayinəyə mütləq əks göstəriş yoxdur, müayinə istənilən yaşda olan pasientlərdə aparıla bilər.
Bu xəstəliyin göstəriciləri isə bunardı:
-ətraflarda olan əzələ zəifliyi (əl və ayaqda gücsüzlük, əzələ zəifliyi)
-hissiyyat pozğunluqları (barmaqların keyiməsi, soyuması və s.)
- üz sinirinin zədələnməsi (üzdə olan asimmetriya)
-əzələ ağrıları
-əzələ səyrimələri
Bioloji Təbabət Klinikasında geniş istifadə olunan EMQ müayinə üsulundan bəhs edən video-çarxı təqdim edirik:
Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110
Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89