Azərbaycan prezidenti İlham Əliyev Vilyam Hacıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, V.Hacıyev ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.
Qeyd edək ki, V. Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır.