Gömrükdə avtobusun salonunda 14 min ədəd siqaret aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Azərbaycan vətəndaşı Hüseynov Rafiq Məmmədhüseyn oğlunun idarə etdiyi "Mercedes-208D" markalı, "42-BP-973" nömrəli sərnişin mikroavtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində baxış keçirilib.
Baxış zamanı sərnişin mikroavtobusunun salonunda Azərbaycan vətəndaşı Məmmədzadə Bəylər Hüseynəli oğluna məxsus, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 14 min ədəd filterli siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.