29 Avqust 2017 17:56
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Unibank 25 illiyində, hər bir müştərisinə 25 AZN hədiyyə edir! Yeni kampaniyaya əsasən, avqustun 25-dən sentyabrın 7-dək, From.ae (https://az.fromae.com/az/) saytından Unibank kartı ilə sifariş edilən istənilən APPLE məhsulunun (aksesuarlar istisna) qiymətinə 25 AZN Unibank-dan hədiyyə ediləcək. Endirimdən yalnız Unibank kart istifadəçiləri onlar üçün ayrılmış “Unibank 25 İL” ödəniş panelini seçməklə və xüsusi promo kodu daxil etməklə faydalana biləcəklər. Promo kod sms vasitəsi ilə müştərinin telefonuna göndəriləcək. Sms əldə etməyən müştərilər aşağıdakı yollarla promo kodu əldə edə bilərlər:

  • 117 məlumat mərkəzinə zəng etməklə;
  • Filiallara müraciət etməklə;
  • Unibank Mobile üzərindən sorgu göndərməklə.

Unibankın 25 illik yubileyi münasibəti ilə təqdim etdiyi növbəti aksiyadan faydalanmağa tələsin!

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər